Dünya mətbuatı “Qarabağ”dan yazır: “Qüruru ilə oynadı”, “top atəşinə tutdu”…backend

Dünya mətbuatı "Qarabağ"dan yazır: "Qüruru ilə oynadı", "top atəşinə tutdu"...

UEFA Avropa Liqasının pley-offunun ilk turunda “Braqa”nı 4:2 hesabı ilə məğlub edən “Qarabağ” dünya mətbuatının diqqətini çəkib.

KONKRET.az Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin qələbəsi manşetləri bəzəyib. Dünyanın öndəgedən idman saytları və səhifələri Qurban Qurbanovun komandasının uğurunu bu cür təqdim edib:

Avropa Liqası: “Qarabağ” Braqanı top atəşinə tutub”; “Qarabağ” üçün xatırlanması gərəkən gecə”.

433: “Braqa”nın “Qarabağ” qarşısında “dili tutuldu”.

TRT Spor: “Qarabağ” Braqa səfərində tarix yazır”.

BBO Sports: “Qardaş “Qarabağ” “Braqa”nın qüruru ilə oynayır”.

A Spor: “Qarabağ” Portuqaliyada şou göstərdi”.

Fotomaç: “Qarabağ” səfərdə alovlandı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*