Dünyasını dəyişmiş aktyorların külləri Aya göndərildibackend

Dünyasını dəyişmiş aktyorların külləri Aya göndərildi

Bu gün, Amerikanın “United Launch Alliance” (ULA) korporasiyasının “Vulkan” daşıyıcı raketi Aya buraxılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Vulkan”ın buraxılışı 1972-ci ildən bəri Ay missiyasının bir hissəsi kimi ABŞ ərazisindən ilk buraxılışdır.

Raket “Astrobotic”in hazırladığı “Peregrine” eniş aparatını Aya aparacaq. Hər şey plana uyğun getsə, cihaz fevralın 23-də Ayın səthinə enməlidir. Orada ona bütün planlaşdırılan əməliyyatları yerinə yetirmək üçün on günə qədər vaxt veriləcək.

Qeyd edək ki, bugünkü buraxılış ABŞ tarixində Aya ilk kommersiya missiyasıdır. Belə ki, Aya təkcə NASA-nın elmi avadanlığı deyil, həm də digər müştərilərdən 15 yük göndərilib. Onların arasında “Star Trek” teleserialının yaradıcısı Cin Roddenberinin, onun həyat yoldaşının və oğlunun, həmçinin serialda rol almış aktyorlar Ceyms Duhan və Nişel Nikolsun külləri, ABŞ-ın keçmiş prezidentləri Con Kennedi, Corc Vaşinqton və Duayt Eyzenhauerin DNT nümunələri var.

Digər mühüm məqam ondan ibarətdir ki, nəhayət, “Vulkan” son 20 ildə rus mühərrikləri olmayan ilk Amerika reaktiv daşıyıcısı oldu. Amerikanın Atlas və Delta raketlərində istifadə edilən Rusiya RD-180 Blue Origin BE-4 mühərriki ilə əvəz olunub və bu buraxılış uğuru ilə tarixə düşüb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*