“Düz iş görmədim, xəyanət etdim” –  Vəfa Zeynalovabackend

"Düz iş görmədim, xəyanət etdim" - Vəfa Zeynalova

Əməkdar artist Vəfa Zeynalova “Səhər mərkəzi” proqramına qonaq olub.

KONKRET.az xəbər verir ki, o, proqram boyunca maraqlı açıqlamalar verib. Aktrisa efirə çıxmamasının səbəbini açıqlayıb.

“Son vaxtlar işsizlikdir. Deyirəm nədən danışım? Nə edəcəm, yeni işim yoxdur, təqdim edə bilmirəm. Rejossordan yeni təklif gözləyirik. Mənə uyğun təklif olarsa, vicdanla oradayam. Tamaşaçını aldatmaq olmaz. O qədər düzgün çatdırmalıyam ki… Özüm razı qalmayanda həmin gecə yata bilmirəm. Düşünürəm ki, düz iş görmədim, sənətimə xəyanət etdim. Senari, ətrafdakı qrup və tərəf müqabili qane etsə, peşəkar iş gözləyirəm, çox gözləyirəm. Ürəyim istəyən işin içində olmadığıma görə düzgün kollektivdə işləmək istəyirəm”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*