“Çəkisindən asılı olmayaraq dəqiqədə 100 addım atan sürətli yeriyənlər dəqiqədə 50 addım atanlardan daha uzun ömür sürür”.
KONKRET.az xəbər verir ki, İngiltərənin Layçester Universitetində aparılan araşdırmalar göstərir ki, insan çox yeriməkdənsə, nizamlı yeriməlidir.
“WalkActive” məşq planını hazırlayan idman alimi və fitness ustası Coanna Hall vurğulayıb ki, düzgün yürüş çox vacibdir. Sürətli yerişlə 5000 addımı 50 dəqiqədən az müddətə həuyata keçirə bilərsiniz
Polşada aparılan bir araşdırmada isə bildirilir ki, gündə cəmi 4 min addım vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. İngiltərədəki Kembric Universitetində aparılan bir araşdırma isə göstərdi ki, hər gün 11 dəqiqə sürətlə yerimək vaxtından əvvəl ölüm riskini 23 faiz azaldır.
Rəsmiyyə Şərifova,
KONKRET.az