Ehtiyatsızlıq nəticəsində 11 yaşlı yeniyetmənin üzü yanıb.
KONKRET.az-ın məlumatına görə, hadisə Qəbələ rayonunun Ərziman Hüseynov küçəsində baş verib.
Belə ki, 2012-ci il təvəllüdlü Ustakişiyev Tunar Toğrul oğlu yaşadığı evdə qaz sobasını yandırmaq istəyib və bu zaman partlayış baş verib.
Nəticədə Toğrul Ustakişiyev üz və yuxarı ətraflarından yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla baglı araşdırma aparılır.
