Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRLAŞDIbackend

Elnur Əşrəfoğlunun vəziyyəti AĞIRLAŞDI

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəziyyəti daha da ağırlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə modern.az-a onun həyat yoldaşı İlahə Şükürova bildirib.

İ.Şükürova səhər saatlarında həkimlərin bu barədə onları məlumatlandırdığını deyib:

“Zəng edib dedilər ki, irəliləyiş yoxdur, daha da pisləşib”.

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. Daxili orqanlarında qanaxma başladığı üçün oktyabrın 11-də cihazdan ayrılıb. Buna baxmayaraq, həkimlər xəstənin müxtəlif orqanlarında qanaxmanın dayanmadığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*