Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildibackend

Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi

Əməkdar artist Gülbahar Şükürlü növbəti dəfə əməliyyat olunub.

KONKRET.az xəbər verir ki, qarmon ifaçısı bu dəfə gözlərində yaranan problemlərə görə, ötən gün əməliyyat masasına əyləşib. Şükürlünün vəziyyəti hazırda yaxşıdır.

Xatırladaq ki, Əməkdar artist daha əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu. Onun başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi./lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*