Ürəyə söz keçirmək olmur, amma partnyor seçərkən diqqətli olmaq lazımdır. Astroloqların fikrincə, bəzi bürclər sevildiklərini anlayanda tamamilə dəyişirlər.
KONKRET.az sevildikləri zaman əvəzolunmaz olduqlarını düşünən bürcləri təqdim edir:
Qız bürcü:
Qız bürcləri yalnız dəli-divanə olduqları insanlara daha yumşaq və mülayim tərəflərini göstərirlər. Əgər kifayət qədər sevilməyən bir partnyorsunuzsa, münasibət bitməyə doğru yaxınlaşır. Qız bürcü ilə eşq yaşamaq çox vaxt insanın özünə olan hörmətinizi zədələyə bilir.
Oxatan bürcü:
Oxatan bürcündən olanlar əyləncəlidir. Amma dostluqda yaxşı olduqları kimi, sevgidə bir o qədər pisdirlər. Onların diqqətini çəkəndə kor-koranə aşiq olurlar, amma azadlığının məhdudlaşdırıldığını düşünsələr, bu sevgi avtomatik nifrətə çevrilir. Bəzi hallarda o, sizi manipulyasiya edə bilər. Oxatanlar münasibətlərində zamanla laqeyd insana çevrilə bilərlər.
Şir bürcü:
Şir bürcləri öz məsuliyyətlərinin fərqindədirlər. Liderlik keyfiyyətlərinə malik olan bu insanlar sevgi həyatlarında karyeralarında olduğu qədər uğurlu ola bilmirlər. Çünki münasibət onların eqolarını sarsıtdıqda, şirlər dəyişir. Onlar üçün öz mənliklərindən daha vacib heç nə yoxdur.
Əqrəb bürcü:
Hər kəsə qarşı məsafəli təbiəti ilə tanınan Əqrəblər fikirlərini hamıyla bölüşməyi sevmirlər. Bu insanlar daxili aləmindən çıxan hər bir detalın onları zəiflətdiyinə inanırlar. Sevgidə gizli münasibətini saxlayan Əqrəblər qarşıdakı insanı bu xüsusiyyəti ilə qıcıq edə bilər.
Xərçəng bürcü:
Xərçənglər əlçatmaz olanı sevir. Buna görə də arxasınca “qaçdıqları” partnyor həmişə onların diqqətini çəkir. Xərçənglər vasvası və kinlidir. Keçmişdə onları çox incidən insanları daim xatırlayırlar. Bundan əlavə, onlar haqlı olmaq üçün münasibətdə partnyorlarına müxtəlif oyunlar oynamaqdan da çəkinmirlər.Yenisabah.az