Xəbər verdiyimiz kimi, “Koroğlu” metrostansiyasının qarşısında piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
KONKRET.az-ın məlumatına görə, piyada məsuliyyətsizliyi ucbatından baş verən qəzadan sonra qadının həyatını xilas etmək mümkün olmayıb.
Qəzanı törədən şəxsin MOİK-in futbolçusu İbrahim Novruzov olduğu bildirilir.
Əldə etdiyimiz məlumata görə, gənc futbolçu yeni ailə qurubmuş.

