Cənubi Sudanın paytaxtı Cuba yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub.
KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Sudan Mülki Aviasiya İdarəsi məlumat yayıb. Məlumatda Cuba yaxınlığında “Cessna” sərnişin təyyarəsinin qəzaya uğradığı qeyd edilib. Bildirilir ki, ölənlərdən 1-i pilot, 13-ü sərnişindir. Sərnişinlərdən ikisi Keniya vətəndaşı, digərləri isə Cənubi Sudan vətəndaşı olub.
Məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb ola bilər. Hadisə yerinə istintaq və dəstək qrupları göndərilib./metbuat.az
