Space TV-də daha iki verilişin yayımı dayandırılıbbackend

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

“Space” TV-də daha iki verilişin yayımı dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat verən jurnalist Arifə Əliyevanın sözlərinə görə, “Ağakərimlə Mətbəx” və “Sevilən Səhər” verilişləri bu gündən etibarən fəaliyyətini dayandırıb.

“Sevilən səhər” verilişinin aparıcısı Könül Muxtarova faktı təsdiqləyib.

O bildirib ki, məsələ ilə bağlı onlara əvvəlcədən məlumat verilib:

“Hazırda verilişin təkrar buraxılışları efirə gedir. Ötən şənbə günü bununla bağlı bizə məlumat verilmişdi”, – deyə aparıcı qeyd edib.

Bundan öncə “Banu” verilişinin də çəkilişləri dayandırılmışdı./Azxeber.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*