Ərdoğan:”Bu il yalnız COVID-19-la deyil, İslam düşmənçiliyi virusu ilə də mübarizə aparmağa məcbur olduq”backend

Ərdoğan:"Bu il yalnız COVID-19-la deyil, İslam düşmənçiliyi virusu ilə də mübarizə aparmağa məcbur olduq"

Bu il yalnız COVID-19-la deyil, ondan daha sürətlə yayılan İslam düşmənçiliyi virusu ilə də mübarizə aparmağa məcbur olduq. Uzun illər demokratiyanın beşiyi olaraq qiymətləndirilən ölkələrdə irqçilik, ayrı-seçkilik artıq özünü açıq şəkildə göstərir.

Türkiyə olaraq Fələstindən Liviyaya, Dağlıq Qarabağdan Suriyaya qədər İslam coğrafiyasının fərqli yerlərində yaşanan çətinliklərə bu anlayışla baxırıq. Zalımlar qarşısında dik dayanır, kimliyindən asılı olmayaraq məzlumun əlindən tuturuq. Terror təşkilatları ilə amansız mübarizə apararaq, bizim üçün müqəddəs olana qarşı həddini bilməyənlər qarşısında reaksiyamızı göstərməkdən çəkinmirik.

KONKRET.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Müsəlman Cəmiyyətinin XXIII illik Konqresində videokonfrans formatında çıxışında ifadə edib.

Türkiyə Prezidenti deyib: “Əsrlər boyu fərqli mədəniyyətlərə və inanclara ev sahibliyi edən bir ölkə olaraq etnik və məzhəb əsaslı qarşıdurmaların qarşısını almağa çalışırıq. Xüsusilə dini azadlıq mövzusunda bütün insanlığa nümunə olacaq ədalətli və inamlı bir siyasət yürüdürük”.

Bu il insanlığın koronavirusla mübarizə apardığını vurğulayan Prezident Ərdoğan bildirib: “İndiyədək təxminən 1,5 milyon insanın həyatını itirməsinə səbəb olan pandemiya sürətlə yayılmağa davam edir. Pandemiya dövründə 156 ölkə və 9 beynəlxalq təşkilata tibbi yardım göstərmişik. Pandemiya bizə, sadəcə, acizliyimizi deyil, heç bir dinə, dilə, irqə və ölkəyə fərq qoymadan bütün insanlığın taleyinin ortaq olduğunu da xatırlatdı”(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*