Ərdoğan istanbullulara səsləndi: “Muradına çatmaq istəyən, Murada sahib çıxsın”backend

Ərdoğan istanbullulara səsləndi: “Muradına çatmaq istəyən, Murada sahib çıxsın”

İstanbuldakı yeni metro xəttinin açılış mərasiminə qatılan prezident Rəcəb Tayyib Ərdoğan sakinləri bələdiyyə seçkilərində AKP-nin namizədi Murat Kuruma səs verməyə çağırıb.

KONKRET.az xəbər verir ki, İstanbulun bir çox yerlərində həyata keçirilən abadlıq işlərinə diqqət çəkən Ərdoğan inkişafın davamı üçün seçiciləri AKP-ni dəstəkləməyə çağırıb:

“İnkişaf bundan sonra da davam edəcək. Bütün şəhərlərimizi dirçəldəcəyik. Lakin murada çatmaq üçün Murada sahib çıxmaq lazımdır, mən İstanbullulardan bunu gözləyirəm”.

Məlumat üçün bildirək ki, 2018-ci ildə Ətraf mühit və Şəhərsalma naziri təyin olunan Murat Kurumun AKP-dən İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizədliyi məhz Ərdoğanın tövsiyyəsi ilə irəli sürülüb.

Fatimə Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*