Ərə getmək istəyən aktrisa: “Yazırlar ki, özü boyda qızı var”backend

Ərə getmək istəyən aktrisa: “Yazırlar ki, özü boyda qızı var

Aktrisa Sonaxanım Əliyeva ikinci dəfə ailə qurmaq istəyinə görə tənqid olunub.

KONKRET.az xəbər verir ki, bu barədə aktrisa “Zaurla Günaydın” proqramında danışıb. O bildirib ki, bu arzusuna görə onu qınayanlar çoxdur:

“Ərə getmək istəyimə görə qınaq atəşinə tutulmuşam. Cəmi 10 faiz insan sosial şəbəkələrdə haqqımda yaxşı şeylər yazdılar. Başqa bir şey etmirəm ki, ərə gedirəm. Efirə gələndə heç o barədə ağlımda bir fikir yox idi. Yazırlar ki, özü boyda qızı var, nə düşünür görəsən?”.

Qeyd edək ki, Sonaxanım bir neçə gün əvvəl “Bizimləsən” verilişində ərə getmək istədiyini dilə gətirmişdi. Aktrisanın qızı Nərgiz də canlı yayım zamanı proqrama zəng edərək anasının növbəti dəfə ailə qurması haqda arzusunu dəstəklədiyini bildirmişdi.

Sənətçi ilk həyat yoldaşından xəyanətə görə boşanıb./Axşam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*