Ətin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA: “Yaxın aylarda…”backend

Ətin qiyməti ilə bağlı MÜHÜM AÇIQLAMA: "Yaxın aylarda..."

Yay mövsümündə adətən ət məhsullarına tələbatın müəyyən qədər azalması müşahidə olunur. Bu isə hər il bazarda qiymətlərin enəcəyi ilə bağlı gözləntilər yaradır.

Bəs hazırkı şəraitdə yaxın aylarda ətin qiymətində ucuzlaşma baş verə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, yay aylarında ətə tələbat digər fəsillərlə müqayisədə nisbətən azalsa da, bu fərq kəskin deyil.

Devalvasiya ilə bağlı MÜHÜM PROQNOZ | KONKRET

Onun sözlərinə görə, tələbatın müəyyən qədər azalmasının əsas səbəblərindən biri vətəndaşların yay aylarında bölgələrə üz tutması, eyni zamanda bazarda tərəvəz və mövsümi məhsulların bolluğudur.

Ekspert qeyd edib ki, son illərdə bu prosesə təsir edən daha bir amil formalaşıb:

“Hava şəraitinin yaratdığı yorğunluq və insanların məişət vərdişlərinin dəyişməsi nəticəsində vətəndaşlar daha çox restoran və kafelərə üz tuturlar. Əgər əvvəllər insanlar əsasən evdə yemək hazırlayırdılarsa, indi həftənin bir neçə gününü ictimai iaşə obyektlərində keçirməyə üstünlük verirlər.”

G.Hüseynovanın sözlərinə görə, restoran və kafelərdə qiymətlərin nisbətən münasib olmasının səbəbi onların məhsulları topdansatış qaydasında və daha sərfəli qiymətlərlə əldə etmələridir. Bu da istehlakçıların həmin məkanlara marağını artırır.

İqtisadçı vurğulayıb ki, ət məhsullarına tələbatı yalnız mövsümi amillərlə izah etmək düzgün deyil:

“Hazırda bir çox restoran, kafe və istirahət mərkəzlərində ciddi sıxlıq müşahidə olunur. Yəni pərakəndə satışda müəyyən azalma olsa da, topdansatışda tələbat artıb. Bu baxımdan bazarda ümumi tələbatın kəskin azalmasından danışmaq olmaz.”

Ekspertin fikrincə, məhz bu səbəbdən yay mövsümündə pərakəndə satışın zəifləməsi ətin qiymətində ciddi ucuzlaşma yaratmır. Buna görə də yaxın aylarda bazarda nəzərəçarpacaq qiymət enişi gözlənilmir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*