Ərəb ölkələri İsraillə sülh şərtlərini AÇIQLADIbackend

Ərəb ölkələri İsraillə sülh şərtlərini AÇIQLADI

“İsraillə sülhün bərqərar olmasının şərti onun bütün Fələstin və ərəb torpaqlarının işğalına son qoymasıdır”.

KONKRET.az xəbər verir ki, bu qərar, şənbə günü, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə Zirvə Toplantısında verilib.

Bildirilib ki, Yəhudi dövlətindən Fələstinin və onun paytaxtı Şərqi Qüdsün müstəqilliyini 4 iyun 1967-ci il sərhədləri daxilində tanımaq tələb olunur. Bundan əlavə, Fələstin xalqının bütün hüquqlarına hörmət edilməlidir.

Sənəddə qeyd olunur ki, İsrail Qəzza zolağının Şərqi Qüds də daxil olmaqla Qərb Sahilindən ayrılması təklifindən çəkinməlidir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*