Bir neçə gün əvvəl həyat yoldaşı qətlə yetirilən türkiyəli aparıcı, aktrisa Ece Erkenin səhhətində problemlər yaranıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Söylemezsem olmaz” verilişinin aparıcısı Seren Serengil danışıb:
“Özünə gəlməmək üçün o qədər dərman içir ki… Yatarkən ürəyi dayana bilər deyə, həkimi ona dərman içməyi qadağan edib. Oyanmaq istəmir, xatırlamaq istəmir. O qədər pis vəziyyətdədir ki…”.
