Erməni deputat Azərbaycan komandosundan qorxuya düşdü – “Bizdə isə əsgərlər çadırlarda növbə çəkir”backend

Erməni deputat Azərbaycan komandosundan qorxuya düşdü – “Bizdə isə əsgərlər çadırlarda növbə çəkir

44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrində islahatlar, xüsusən də Türkiyə modelinə keçid çərçivəsində 4 yeni xüsusi təyinatlı hərbi hissə (Komandos) formalaşdırıb.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyasından olan deputatı Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.

“Azərbaycan KİV-lərinin dərc etdiyi məlumatlardan görünür ki, onlar Türkiyə poliqonlarında və bu cür qoşunların hazırlanması üçün nəzərdə tutulmuş digər yerlərdə tam hazırlıq keçiblər.

Gələcəkdə bu bölmələrin bəzilərinin Türkiyənin fəal iştirakı ilə Azərbaycanda təlim keçməsi nəzərdə tutulur.

Nə qədər ordu korpusu, sərhəd qoşunlarının hərbi hissələri yaradılıb və yenidən təşkil edilib.

Ermənistanda isə müdafiə naziri hələ də 3 il əvvəl açılmış şəxsi yeməkxanalardan, hərbi qulluqçuların naməlum şəraitdə cəbhə xəttində itkin düşməsindən, sərhədin bəzi mühüm ərazilərində hərbi qulluqçuların çadırlarda döyüş növbətçiliyindən danışır.

Silahlı Qüvvələrdə islahatlar ya gecikir, ya da baş vermir, çünki nazirin xoşuna gəlmir.
Təəssüf ki, bu silsiləni davam etdirmək olar. Ancaq danışmamaq daha yaxşıdır, deyirlər ki, indi “sülh dövrü”dür”, Tiqran Abramyan qeyd edib.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*