backend

Erməni məktəbində Azərbaycan mətbəxi ilə bağlı açıq dərslər keçiriləcək - FOTO

Sevan məktəblərində Azərbaycan mətbəxi ilə bağlı açıq dərslər keçiriləcək.

KONKRET.az xəbər verir ki, Ermənistanın ombudsmanı Kristine Qriqoryan bildirib ki, Sevan 4 saylı əsas məktəbində Azərbaycan mətbəxinə aid açıq dərslərin keçirilməsi yaxşı olardı.

“Qonşu ölkələr, təhsil, o cümlədən bayraqları, milli xüsusiyyətlərinin tarixi, mətbəxi haqqında məlumat almaqda qəbahətli bir şey görmürəm, əksinə, bunda pis bir şey görmürəm. dünyanın qavrayışına baxış, təhsil, uşağın yaşadığı mühiti təsəvvür edə bilməsi üçün inkişafı üçün vacibdir”

Erməni seqmenti bu xəbərdən qəzəblənib və ombudsmanı Azərbaycanı təbliğ etməkdə günahlandırıb.

Müəyyən məlumatlara görə, ombudsman Kristina Qriqoryanın qohumu olan müəllim Lilit Ayrapetyan məktəbin 8-ci sinfində sülh şənbəsi təşkil edib və orada Azərbaycan çox müsbət qiymət alıb.

Keçirilən tədbirlə bağlı Facebook foto ilə paylaşan müəllim istifadəçilərinin qəzəbinə tuş gəlib. Daha sonra foto Sevan məktəbinin 4-cü qrupunun moderatorları tərəfindən silinib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*