Erməni nazir müxalifətə səsləndi: “Mən xalqın yanındayam, bəs siz?”backend

Erməni nazir müxalifətə səsləndi: “Mən xalqın yanındayam, bəs siz?

Ermənistanın ədliyyə naziri Karen Andreasyan bu gün ölkə parlamentində jurnalistlərlə söhbətində müxalifətin itaətsizlik əməllərinə toxunub.

KONKRET.az erməni KİV-nə istinadən xəbər verir ki, nazirdən deputat mandatı olan şəxslərin nazirliklərin binasına niyə sərbəst daxil olmasına icazə verilmədiyi soruşulub.

“Hardasa iğtişaşlar təşkil edirsiniz və deyirsiniz ki, icazə vermirlər. Müxalifətdən olan deputatlar görüşə gəlsələr, çox şad olaram. Amma əgər söhbət müxalifətin aksiyasından gedirsə, məqsədləri hədə-qorxu gəlmək, içəri girmək üçün qapıları sındırmaqdır. O zaman bizim dövlət strukturlarımızı qoruyacaq hüquq-mühafizə orqanları var”, – deyə Ermənistanın ədliyyə naziri cavab verib.

“Müxalifət öz sualına nazirlərdən cavab almaq istəyir, siz isə görüşlərdən yayınırsınız?” sualına isə o, “yox” cavabını verib: “Nazirlərdən soruşmaq istəyirlər ki, siz bizimlə, xalqlasınız, yoxsa bizə qarşısınız? Demək istəyirəm ki, əzizlərim, mən xalqın yanındayam, amma düşünmürəm ki, siz də xalqın yanındasınız, çünki xalq 2021-ci ildə konkret iradə ifadə edib. Sizin bir neçə yüz, hətta minlərlə tərəfdarınızın olması o demək deyil ki, siz xalqsınız və biz xalqın əleyhinəyik”, – Andreasyan bildirib.

Andreasyan polisin hərəkətlərinə toxunaraq deyib ki, bir neçə hal istisna olmaqla, polis parlaq, proporsional və qanuni hərəkət edir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*