İndi Ermənistanın taleyini yaşamaq istəməyən dövlətlər ermənilərin buraxdıqları səhvləri təkrarlamaq istəmirlər.
KONKRET.az xəbər verir ki, eyni zamanda Gürcüstan prezidenti Salome Zurabaşvili Ermənistanın taleyinə istinad edərək erməniləri nümunə gətirib. Zurabaşvili bildirib ki, Ermənistanın mövcudluğu həmdə Gürcüstanda keçiriləcək parlament seçkilərindən asılıdır. Bundan əvvəl Mixeil Saakaşvili də Ermənistanı misal çəkərək Gürcüstan hakimiyyətini düz yola dəvət etmişdi. Gürcü siyasətçilərinin bu cür bəyənatları Ermənistanda əməlli başlı səs-küy yaradıb və onlar məsələyə müxtəlif cür reaksiya veriblər. Erməni siyasətçilər hesab edirlər ki, Gürcüstan prezidentinin bəyanatı Ermənistana qarşı hörmətsizlikdir.
Vəli Həsənoğlu,
KONKRET.az