Ermənistan Konstitusiyaya dəyişiklik etməyə hazırlaşırbackend

Ermənistan Konstitusiyaya dəyişiklik etməyə hazırlaşır

Ermənistanın Konstitusiya İslahatları Komissiyası martın 1-də ölkənin yeni konstitusiyasının hazırlanması məsələsini müzakirə edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mediası yazır.

Nəşr iddia edir ki, görüşdə Ermənistanın əsas qanununa dəyişikliklər müzakirə olunacaq.

“Ermənistanın baş naziri Nikol Paşinyan bu işlə məşğul olacaq yeni şura yaratmayacaq. Çünki vaxt azdır. Bunu etməyə az adam razı olacaq”, – qəzet yazır.
Qeyd edək ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Rəsmi Bakı iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün Ermənistan qanunvericiliyinə dəyişiklik edilməsini tələb edir.

Qeyd edək ki, bundan əvvəl Paşinyan əsas qanuna dəyişiklik etmək niyyətində olduğunu bəyan edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*