Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb. Təşkilatdan çıxmaq barədə təfərrüatlar və mümkün nəticələr dövlət sirridir.
KONKRET.az xəbər verir ki, bu barədə Respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan keçirdiyi brifinqdə bildirib.
“Biz hələ KTMT-dən çıxmamışıq, sualınızın tam cavabı isə dövlət sirridir”, – , o, jurnalistin KTMT-dən çıxmağın mümkün nəticələri ilə bağlı sualını cavablandırarkən deyib.
Natiq Səlim,
KONKRET.az
