Səhər saat 08:30-a olan məlumata görə, dünənki mitinqdə zərər çəkən 50 nəfərə lazımi tibbi yardım göstərilib və evə buraxılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
“Bir gün əvvəl Proşyan-Dəmirçyan kəsişməsində baş vermiş insident nəticəsində həm mülki şəxslər, həm də polis əməkdaşları yaralanıb.
Ümumilikdə tibb məntəqələrinə 60 nəfər müraciət edib ki, onlardan 39-u polisdir.
Roman Göytürk,
KONKRET.az
