Ermənistanda “00 oo 000” nömrə nişanlı avtomobil 30 milyon drama (74,1 min dollar) satılıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Ermənistan Daxili İşlər Nazirliyi bu mövzu ilə bağlı şərh verməkdən imtina edib.
Nəşrin məlumatına görə, nömrələrin satışının birinci mərhələsi başa çatıb.
“48 nömrə nişanından yeddisi satılıb və bunun üçün 156,2 milyon dram (385 min dollar) ödənilib”, – deyə Hraparak yazır.
Natiq Səlim,
KONKRET.az
