Ermənistanda hələ də bəzi məsələləri korrupsiya yolu ilə “həll etmək” mümkündür, lakin hakimiyyət prinsipial mübarizəsindən geri çəkilməyəcək.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Biz buna korrupsiyaya qarşı prinsipial mübarizəmizi gücləndirməliyik”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, müxtəlif səviyyələrdə bəzi məsələlər hələ də rüşvətlə “həll olunur” və bu, narahatlıq doğurur.
Paşinyanın fikrincə, bu, milli təhlükəsizlik məsələsidir. “Biz pulun hər şeyi “həll edə biləcəyi” stereotipindən çox narahatıq. Burada keçmiş və ya indiki hökumətin nümayəndələri üçün bağışlanma olmayacaq”, – deyə baş nazir qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
