Ermənistanda “Daşnaksütyun”un fəaliyyəti QADAĞAN EDİLƏCƏKbackend

Ermənistanda "Daşnaksütyun"un fəaliyyəti QADAĞAN EDİLƏCƏK

Ermənistanda “Daşnaksütyun”u qadağan etməyə çağırış edilib.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi”ndən olan deputatı Akop Aslanyan deyib.

O, “Daşnaksütyun” partiyasının fəaliyyətinin dayandırılmasını zəruri hesab edib.

Aslanyanın sözlərinə görə, o, belə bir prosesə başlamaq niyyətindədir.

“Daşnaksütyun” fəaliyyətini dayandırmalıdır, çünki o, antierməni təşkilatıdır. Bunu təkcə mən deyil, bir çox tanınmış adamlar da deyir”, – deyən Aslanyan bildirib.

O əlavə edib ki, “daşnakların casusluq fəaliyyəti haqqında daha çox öyrənmək üçün materiallar toplayır”.

“Daşnaksütyun” sonuncu dəfə arenadadır. Bir neçə ildən sonra o, ölü partiya kimi siyasi səhnəni tərk edəcək”, – deyə Aslanyan bəyan edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*