“Ermənistanın növbəti sərhədi Cermuk yaxınlığından keçə bilər” – HƏRBİ EKSPERTbackend

"Ermənistanın növbəti sərhədi Cermuk yaxınlığından keçə bilər" - HƏRBİ EKSPERT

“Əlinizdə tutduqda cazibədar görünən silahlar almağa ehtiyac yoxdur. Bu, problemlərinizi həll etməyəcək”

KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə rusiyalı hərbi ekspert Ruslan Puxov Ermənistanın Qərbdən silah alması ilə bağlı vəziyyəti İrəvan mediasına şərh edərkən çıxış edib.

O, Ermənistanın Fransa və Hindistandan silah almasını “başsız ilanın mənasız ziqzaqları” adlandırıb..

“Ermənistanın kiçik olduğunu nəzərə alsaq, onun ərazisi düşmənlərin gözü qarşısında görünür. Yəni ecazkar Fransız Sezar artilleriya sistemlərini alsanız belə, yüksək ehtimalla düşmən onların harada yerləşdiyini, anbarların harada olduğunu və hətta artilleriyaçıların yerini belə əvvəlcədən biləcək. Buna görə də, tam əminliklə deyə bilərəm ki, hətta ən yaxşı Fransa və ya Amerika artilleriya sistemləri də sizə heç bir üstünlük verməyəcək”, – deyə Ruslan Puxov qeyd edib.

O, həmçinin Azərbaycanın hərbi hazırlığı və müdafiə siyasətinə toxunub:

“Azərbaycana baxın. Onlar Pakistan silahlarını, Serb silahlarını alırlar. Təkcə Türkiyə və ya İsrail silahlarını təqib etmirlər. Onlar düzgün yol tutublar. Ona görə də siz bu sehrdən uzaqlaşmalısınız: “Fransız silahları bizi xilas edəcək, amerikalılar bizə kömək edəcək”. Siz praqmatik imkanlardan çıxış etməli və prioritetlər təyin etməlisiniz”, – deyə Puxov bildirib.

“Sərhədlərinizin dəqiq hara gedəcəyinə siz qərar verirsiniz. Siz və azərbaycanlılar. Ruslar yox, amerikalılar yox, konkret olaraq siz. Əgər siz indi də izlədiyiniz siyasəti davam etdirsəniz, Ermənistanın növbəti sərhədinin Cermuk yaxınlığından keçə biləcəyi tamamilə aydındır. İstər bir ay, istərsə də iki ildən sonra sualları özünüzə ünvanlamalısınız”, – ekspert əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

  • RÖYAL
    Fevral 25, 2024 - 13:55

    Puxov cox gözəl vurğulayıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*