Estoniya prezidenti Alar Karis çərşənbə günü xəstə olduğunu və evdən işləyəcəyini bildirib.
KONKRET.az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkələrində məlumat verib:
“Mən də bir şeyə yoluxdum. Bu gün və yaxın günlərdə səhhətimə görə ev ofisimdən işləyəcəm”.
O qeyd edib ki, hazırda müxtəlif infeksiyalar kifayət qədər sürətlə yayılır, ona görə də hər kəs özünə qulluq etməlidir. “Mövsümi infeksiyaya yoluxmuş hər kəsə sakitlik və sağlamlıq arzulayıram. Özümüzün və başqalarının qayğısına qalaq”, – deyə prezident əlavə edib.
Ofisinin məlumatına görə, çərşənbə günü Karis Estoniyaya səfərə gəlmiş Latviyanın baş naziri Evika Silina ilə görüşməli idi, lakin dövlət başçısının xəstəliyi səbəbindən bu görüş baş tutmayacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az
