Dövlət Departamentinin canlı yayımladığı “Washington Post”un jurnalisti ilə Blinkenin mətbuat azadlığı haqqında söhbətini fəallar yarımçıq kəsiblər.
KONKRET.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Entoni Blinken “The Washington Post” qəzetinin mətbuat azadlığı ilə bağlı təşkil etdiyi söhbətdə iştirak edib.
İclasın lap əvvəlində iki fəal səhnəyə plakatlarla çıxıb, Blinkenin çıxışına müdaxilə ediblər.
Onlar Culian Assanca dəstək şüarları səsləndiriblər.
Xatırladaq ki, Wikileaks-in qurucusu Culian Assanc hazırda Böyük Britaniyanın Belmarş yüksək rejimli həbsxanasındadır. O, uzun müddət həbs olunacağı Böyük Britaniyadan ABŞ-a ekstradisiyasına etiraz etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Xuraman Etibarlı,
KONKRET.az
