Fələstin İsrailin BMT-dən çıxarılmasını TƏLƏB ETDİbackend

Fələstin İsrailin BMT-dən çıxarılmasını TƏLƏB ETDİ

Fələstin İsrailin BMT-dəki üzvlüyünün dayandırılmasını tələb edib.

KONKRET.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas beynəlxalq ictimaiyyəti İsrailin BMT-dəki üzvlüyünü dayandırmağa çağırıb.

Abbas Fələstinlə bağlı qətnamələrin yerinə yetirilməyəcəyi təqdirdə İsrailin BMT-dəki üzvlüyünün dayandırılmasını tələb edib.

Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas bildirib ki, əgər İsrail BMT qətnamələrinə əməl etməsə, o zaman onun təşkilata üzvlüyü dayandırılmalıdır.

Əl-Cəzirə telekanalının məlumatına görə, Abbas BMT-ni İsraili dünya təşkilatının qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmağa məcbur etməyə çağırıb.

Abbas hesab edir ki, İsrail onları pozmağa davam edərsə, onun BMT-dəki üzvlüyü dayandırılmalıdır. Fələstin lideri “müəyyən ölkələri” hərəkətsizlikdə və “Fələstin xalqına qarşı davam edən təcavüzə görə İsraili məsuliyyətə cəlb etmək istəməməkdə” ittiham edib.

O hesab edir ki, İsrail və onu dəstəkləyən dövlətlər fələstinlilərdən üzr istəməli və onlara təzminat ödəməlidir.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Fələstin və İsrail tərəflərini atəşkəsə hörmət etməyə çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*