“Fənərbağça” səfərdə çətin qələbə qazandıbackend

Fənərbağça” səfərdə çətin qələbə qazandı

Futbol üzrə Türkiyə Superliqasının XX turunda növbəti matçlar keçirilib.

KONKRET.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Çempionatın lideri “Fənərbağça” səfərdə “Qaziantep”i çətinliklə məğlub edib – 1:0. Yeganə qolu 81-ci dəqiqədə İrfan Can Kahveci vurub. 50-ci dəqiqədə Edin Ceko penalti zərbəsindən yararlana bilməyib.

Bu qələbə ilə xallarını 53-ə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. “Qaziantep” isə 21 xalla 16-cıdır.

Günün digər matçlarında “Konyaspor” “İstanbulspor”la 0:0, “Antalyaspor” “Trabzonspor”la 1:1 hesablı heç-heçə edib, “Samsunspor” isə “Sivasspor”a 2 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, XX tura yanvarın 15-də keçiriləcək “Qalatasaray” – “Kayserispor” görüşü ilə yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*