Filippində 7,3 bal gücündə zəlzələ oldubackend

Filippində 7,3 bal gücündə zəlzələ oldu

Filippin sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, yeraltı təkanların episentri Qərbi Davao vilayətinin 22,5 min nəfərdən çox əhalisi olan Sarangani bələdiyyəsindən 352 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 64 km dərinliyində olub.

Zərərçəkənlər və mümkün dağıntılar barədə məlumat daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*