Fiziki məhdudiyyətli qızlar arasında keçirilən beynəlxalq gözəllik yarışmasında titul qazandı – FOTOLARbackend

Fiziki məhdudiyyətli qızlar arasında keçirilən beynəlxalq gözəllik yarışmasında titul qazandı - FOTOLAR

Qazaxıstanlı Nazira Abdukadırova fiziki məhdudiyyətli qızlar arasında keçirilən beynəlxalq gözəllik yarışmasında “Musiqi Kraliçası” adını qazanıb.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun məlumatına görə, Nazira “Şırak” ictimai birliyində ofis müdiri vəzifəsində çalışır, ictimai fəaliyyət göstərir və idmanla məşğuldur. 2016-cı ildə “Uly Dala Xanşayımı” respublika gözəllik müsabiqəsində “Qələbə inamı” nominasiyasında xüsusi mükafata layiq görülmüşdü. Bu dəfə “Qazanmaq üçün anadan olan” beynəlxalq müsabiqəsinə dəvət aldıqdan sonra Nazirə çox həyəcan keçirib, çünki indi Rusiyaya getməli və dünyanın müxtəlif yerlərindən olan hakimlər və rəqiblər qarşısında Qazaxıstanı təmsil etməli idi. Abdukadırova özü, hobbisi və sevimli işi haqqında danışdığı bir anket doldurub. Seçim komitəsinin üzvləri Naziranın “Dərdlərinizi qələbələrə çevirin” şüarını xüsusilə qeyd ediblər.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Nazira əlil arabasında səyahət edən həmkarı Alima Beysenbayeva ilə birlikdə Çelyabinskə uçub. Qazaxıstanlı qonaqları hava limanında isti qarşılayıblar: köhnə rus ənənəsinə görə, qızlara təzə bişmiş çörək və duz veriblər, parlaq sarafanlar geyinmiş uzun hörüklü qızlar qızlar Naziraya arzulayıblar. Müsabiqədə Abdukadırova “As-salamu-aleykum” mahnısını ifa edib, moda şousunda çıxış edib, tamaşaçıları və hakimləri inci naxışlarla bəzədilmiş qazax geyimində heyran edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*