Fransa indi Ermənistanın ərazi bütövlüyü ilə bağlı çox ayıqdır.
KONKRET.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində bildirib.
Jurnalistin Fransanın ermənilərə dəstək verdiyini yalnız sözlə bəyan etməsinin erməni cəmiyyətini narahat etdiyi barədə sualına Makron belə cavab verib: “Fransanın Ermənistana əvvəldən dəstəyi qeyd-şərtsiz olub və ermənilərin bundan xəbəri var”.
Onun sözlərinə görə, son günlər Azərbaycan Qarabağda antiterror tədbirləri həyata keçirib.
Makron bildirib ki, ilk növbədə, Fransa Qarabağa ərzaq və digər ehtiyacların ödənilməsi üçün humanitar yardım təşəbbüslərini davam etdirəcək.
“Fransa indi Ermənistanın ərazi bütövlüyünə qarşı çox ayıqdır, çünki bu, hazırda təhlükə altındadır”, – deyə Makron qeyd edib.
“Bunlar indi risklərdir. Fransa beynəlxalq hüquqa uyğun olaraq erməni xalqını dəstəkləyəcək”, – prezident deyib.
Ariz Həsənoğlu,
KONKRET.az

Senin ermeni anani Zəngəzur da… ogrash, “jurib chixan”!