“Fransadan gələn silahlar əsas deyil. Hansı düşmənlə döyüşdüyümüzü bilməliyik” – Akopyanbackend

"Fransadan gələn silahlar əsas deyil. Hansı düşmənlə döyüşdüyümüzü bilməliyik" - Akopyan

“Fransadan gələn silahların Ermənistan Silahlı Qüvvələrinə kömək edib-etməyəcəyini anlamaq üçün ordunun strategiyası və taktikası varmı- sualına cavab vermək lazımdır”.

KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə Ermənistan Baş Qərargahının keçmiş rəisi Movses Akopyan çıxış edib.

O, həmçinin əlavə edib:

“Obrazlı desək, istər Fransadan, istərsə də Cənubi və ya Şimali Koreyadan silah ala bilərsiniz. Əsas odur ki, ondan necə istifadə edəcəyinizi başa düşəsiniz.

Əvvəlcə strategiya, daha sonra taktika hazırlamalı, sonra planınızı həyata keçirmək üçün bu və ya digər silahı almağa qərar verməlisiniz. Həm də hansı düşmənlə döyüşdüyünüzü, düşmənin imkanlarını və silahlarını qiymətləndirmək lazımdır”, – deyə Akopyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*