Fransanın İrəvana silah satışının SENSASİON tərəfi bəlli oldubackend

Fransanın İrəvana silah satışının SENSASİON tərəfi bəlli oldu

Fransanın keçmiş sovet respublikalarında öz təsir dairəsini yaratmaq cəhdi həmişə olub. Uzun illər bu siyasəti davam etdiriən Fransanın Cənubi Qafqaz regionunda dayaq nöqtəsi isə Ermənistan hesab edilir. Fransızların Ermənistanı seçməsi təsadüfi deyil. Qərbi Avropada məskunlaşan erməni diasporunun əksər hissəsi Fransada yaşayır və ermənilərin bu ölkədə təsir imkanları danılmazdır.

Otuz illik işğal dövründə Ermənistanın maraqlarını qoruyan Fransa II Qarabağ müharibəsində də ermənilərə hərbi-siyasi dəstək verməkdən çəkinmədi. Müharibədən sonra da Fransa Ermənistanı birmənalı şəkildə dəstəkləməklə onlara siyasi dayaq durmağa çalışır. Artıq Fransa Ermənistanı silahlandırır. Müqaviləyə əsasən, Fransa bu ölkəyə silah tədarük etməyi öhdəsinə götürüb. Fransızlar bununla sülhü təhdid altına alır və bölgədə yeni müharibə ocağını alovlandırmağa çalışırlar. Parisin burada bir neçə məqsədi var.

Birincisi, Fransanın silah anbarları köhnəlmiş silahlarla doludur. Rusiya ilə fikir ayrılığı olan MDB ölkələrinə silah göndərmək onlar üçün göydəndüşmə fürsətdir. Hələlik, Fransanın MDB məkanında müttəfiqləri azdır. İndi Qazaxıstana ayaq açan Fransa Orta Asiyada daha bir neçə dövlətlə yaxınlaşmağa cəhd edir. Beləliklə, Fransa tullantı silahlarını ucuz qiymətə satmaq üçün əlverişli bazar tapıb.

Bütün Avropanın Rusiyanı zəiflətmək və onun enerji resurslarından imtina etmək üçün qarşısına qoyduğu geosiyasi məqsədləri də unutmaq olmaz. Fransa burada kursdan kənara çıxmadan ümumavropa istiqaməti ilə gedir. Ermənistana silah tədarükü məsələsində də çox güman ki, uzaq planları var. Ermənistana silah göndərən Fransa ermənilərə həmin silahlardan istifadə qaydalarını da öyrədir.

Fransızlar başa düşürlər ki, uzun illər Rusiya silahlarından istifadə edən ermənilərə Fransa silahlarını mükəmməl mənimsəmək üçün vaxt lazımdır.  Aİ, o cümlədən, Fransa Rusiya ilə müharibədə silah sarıdan korluq çəkən Ukraynaya silah satışını məhdudlaşdıraraq, Ermənistanı silahlandırır. Paris indi də müharibə iqtisadiyyatına keçidi planlaşdırır.

Məlum olub ki, Paris Moldovaya da “silahlı qüvvələrin təchiz edilməsi” proqramına daxil olmağı xahiş edir. Eyni zamanda, amerikalı analitiklər Rusiya ilə NATO arasında soyuq müharibənin kəskinləşməsinin necə bitəcəyini proqnozlaşdırmağa çalışırlar. Onlar hesab edir ki, Moskvanın bir sıra üstünlüyü var. Təqaüddə olan pilot və zabit Skott Kuper də bu vəziyyəti şərh edib. O, dəfələrlə bildirib ki, Rusiya quru qoşunları NATO qüvvələrindən əhəmiyyətli dərəcədə üstündür. Ancaq havada hələ də NATO üstünlüyə malikdir. NATO-nun SSRİ ilə toqquşduğu Vyetnamda qazanılan təcrübə nəzərə alınıb və bu gün Qərbin hərbi hava qüvvələri çox güclənib.

Kuper onu da qeyd edib ki, hazırda Pentaqonun əsas kozırları aşağı radar imzası olan qırıcı və bombardmançılardır. Hətta rusların hava hücumundan müdafiə sistemi də bu vəziyyətdə dişsiz görünür. Pentaqonun Rusiyanın aerokosmik qüvvələrinə ciddi ziyan vurmaq üçün kifayət qədər sanballı silahı yoxdur. Bununla belə, NATO tədricən Rusiyanın sərhədlərinə yaxınlaşaraq, eyni zamanda, Çini də hədələyir. Digər ölkələr də Pentaqondan qırıcı və bombardmançı təyyarələr alır. Artıq ABŞ Finlandiyadan sifariş qəbul edib.

İngiltərə, Hollandiya, Danimarka, Polşa və Belçikanın arsenalında isə “görünməz” silahlar var. Amma onların sayı kifayət qədər deyil. Digər ekspertlər Pentaqonun Rusiya hava hücumundan müdafiə sistemlərinin “görünməz” raketləri ötürəcəyi ilə bağlı hesablamalarını tənqid edir. Onlar əmindirlər ki, Rusiya sistemləri NATO təyyarələrini asanlıqla aşkar edəcək ultrasəs dalğalarında kifayət qədər effektiv işləyir. Beləliklə, Pentaqonun daha çox güvəndiyi “F-35”lər uğursuzluğa düçar ola bilər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*