“Ukraynanı xilas etməyin tək yolu Zelenskini aradan götürməkdir” – Sabiq analitikbackend

"Ukraynanı xilas etməyin tək yolu Zelenskini aradan götürməkdir" - Sabiq analitik

“Ukraynanı xilas etməyin yeganə yolu prezident Volodimir Zelenskini aradan götürməkdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq analitiki Larri Conson deyib.

O  bildirib ki, Rusiya hərbçiləri Ukrayna liderini prezidentlik müddəti rəsmən başa çatandan sonra (mayın 20-dən) sıradan çıxara bilər.

Sabiq analitiki iddia edir ki, yalnız Zelenski danışıqlar prosesinin başlanmasına mane olur:

“Rusiya danışıqlara başlamaq üçün Zelenskini aradan götürə bilər. Hazırda Ukraynanı xilas edə biləcək yeganə yol budur”.

Conson iddia edir ki, prezidentlik müddəti başa çatdıqdan sonra Ukrayna prezidentinin sağ qalma ehtimalı çox aşağı olacaq.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*