Konfrans Liqasında ilk finalçı MÜƏYYƏNLƏŞDİbackend

Konfrans Liqasında ilk finalçı MÜƏYYƏNLƏŞDİ

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib.

KONKRET.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın “Fiorentina” klubu Belçikada “Brügge”nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiya təmsilçisinin ilk görüşdə qazandığı qələbə (3:2) onları finala yüksəldib.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. “Olimpiakos” Yunanıstanda İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib – 4:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*