Futbolçu oyun zamanı ÖLDÜbackend

Futbolçu oyun zamanı ÖLDÜ

Fil Dişi Sahilinin “Rasinq” klubunun futbolçusu Mustafa Silla vəfat edib.

KONKRET.az xəbər verir ki, buna 21 yaşlı müdafiəçinin oyun zamanı infarkt keçirməsi səbəb olub.

Hadisə yüksək liqanın XX turunun SOL-la matçında baş verib. “Rasinq”in 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada vəziyyəti pisləşən Silla dərhal xəstəxanaya aparılıb. Lakin futbolçu yolda vəfat edib.

Qeyd edək ki, Mustafa Silla ötən ilin yayından Abican şəhərinin təmsilçisində çıxış edirdi.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*