Futbolda inqilabi YENİLİK! Mavi kart gəlir…backend

Futbolda inqilabi YENİLİK! Mavi kart gəlir...  

Beynəlxalq Futbol Assosiasiyaları Şurası IFAB dünya futbolunda sıçrayış etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, IFAB, futbolçular üçün 10 dəqiqəlik ayrılıq cəzası mənasını verən “mavi kart” tətbiq edəcək.

Yeni qaydaya görə, hakimi aldadan və ya ona kəskin etiraz edən oyunçular 10 dəqiqə meydandan kənarlaşdırılacaq. Bu qayda həm də taktiki qayda pozuntularına görə cəzaları ağırlaşdırmaq məqsədi daşıyır.

Bundan başqa, yeni protokola əsasən, futbolçu iki mavi vərəqə alarsa, o, bir qırmızı vərəqə almış hesab olunacaq və oyundan kənarlaşdırılacaq.

Oyunçu sarı və mavi vərəqə alırsa, o, qırmızı vərəqə almış sayılacaq.

UEFA prezidenti Çeferin yeni protokolun əleyhinə olduğu üçün yayda keçiriləcək AVRO 2024 və gələn il keçiriləcək Çempionlar Liqasında bu qaydanın tətbiqi gözlənilmir.

Bu qaydanı ilk olaraq Uels Futbol Assosiasiyasının və zamanla İngiltərənin tətbiq edəcəyi gözlənilir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*