Gəmi okeanda batdı: 39 nəfər itkin düşdübackend

Gəmi okeanda batdı: 39 nəfər itkin düşdü

Çinə məxsus balıqçı gəmisi Hind okeanında batıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, gəmidə olan 39 ekipaj üzvü ilə əlaqə itib.

Qeyd olunub ki, gəmidə 17 Çin, 17 İndoneziya və 5 Filippin vətəndaşı olub.

Yerli telekanaldan verilən məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisədən sonra Çin Prezidenti Si Cinpin qəza yerinə əlavə xilasedici qüvvələrin göndərilməsi barədə göstəriş verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*