Gəncədə ər pəncərədən girib arvadını öldürdü – TƏFƏRRÜATbackend

Gəncədə ər pəncərədən girib arvadını öldürdü - TƏFƏRRÜAT

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.

KONKRET.AZ xəbər verir ki, dünən gecə saatlarında Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucov arvadı Nuranə Orucovanın yaşadığı mənzilinin yataq otağının pəncərəsindən daxil olaraq qadının ondan boşanmaq istəməsi səbəbindən üstündə gətirdiyi bıçaqla 8 zərbə vurub.

Qadın Gəncə şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*