“Ukraynaya göndərməyə “Patriot”umuz yoxdur” – ABŞbackend

"Ukraynaya göndərməyə "Patriot"umuz yoxdur" - ABŞ

“ABŞ-da hələ Ukraynaya verilə biləcək pulsuz “Patriot” hava hücumundan müdafiə sistemləri yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“Amerika Patriot sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə ABŞ qoşunlarını qorumaq üçün yerləşdirilib. Əgər əlavə Amerika batareyalarını boşalda bilsək, onları (Ukraynaya – red.) göndərəcəyik”, – Sallivan söyləyib.

Sallivan əlavə edib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*