Göbələkdən zəhərlənib ölən uşaqlarla bağlı RƏSMİ AÇIQLAMAbackend

Göbələkdən zəhərlənib ölən uşaqlarla bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Qaxda göbələkdən zəhərlənərək ölən uşaqlarla bağlı açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, açıqlamada göbələkdən zəhərlənmiş Qax rayonunun Tasmalı kəndində yaşayan 12 yaşlı Murad və 9 yaşlı İbrahimxəlil Qasımzadənin yerləşdirildikləri xəstəxanada öldüyü bildirilir:

“Oktyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu – 12 yaşlı Murad və qardaşı oğlu – 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər. Murad və İ.Qasımzadə orada ölmüş, M.Qasımovun vəziyyəti orta-ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*