Göyərtəsində 7 nəfərin olduğu təyyarə YOXA ÇIXDIbackend

Göyərtəsində 7 nəfərin olduğu təyyarə YOXA ÇIXDI

Kolumbiyada göyərtəsində 7 nəfərin olduğu kiçik mühərrikli təyyarə radardan itib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün axtarışlara baxmayaraq, mayın 1-dən bəri təyyarədən heç bir xəbər yoxdur.

Qeyd olunub ki, San Xose del Quavyare şəhərində qəzaya uğradığı güman edilən “HK 2803” nömrəli kiçik təyyarənin izi hələ də tapılmayıb.

Mülki Aviasiya və Kolumbiya Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya görə, Apaporis çayı yaxınlığındakı meşəlik ərazidə aparılan axtarışlar Amazon bölgəsinə qədər uzanacaq.

Təyyarədə olanlar arasında 11 aylıq körpə və 4 yaşlı uşaq olduğu bildirilir.

Rəsmilər yoxa çıxan təyyarənin qalıqlarını tapmaq üçün ərazidə yaşayan yerli icmalardan kömək istəyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*