Göygöl sakini kəsici alətlə xəsarət aldıbackend

Göygöl sakini kəsici alətlə xəsarət aldı

Göygöldə 34 yaşlı kişi kəsici alətlə xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü O. Həsənov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Xəstəyə zəruri tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.//unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*