Güclü yağış 95 nəfərin həyatına SON QOYDUbackend

Güclü yağış 95 nəfərin həyatına SON QOYDU

Ruandanın qərbində güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində son 24 saatda 90-dan çox insan həyatını itirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru Fransua Habiteqeko bildirib.

Onun sözlərinə görə, xilasetmə və axtarış əməliyyatları davam edir.

Qubernator qeyd edib ki, ölənlərin sayı 95-ə çatıb, bir neçə nəfər xilas edilərək xəstəxanaya aparılıb.

Məlumata görə, ölkənin qərb bölgəsində sürüşməyə səbəb olan leysan mayın 2-si axşamdan başlayıb və mayın 3-ü səhərə qədər davam edib.

Təbii fəlakət nəticəsində çoxlu evlər dağılıb, bəzi magistral yollar bağlanıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*