Gürcüstan prezidentinin Ukraynaya səfəri təxirə salındı – SƏBƏBbackend

Gürcüstan prezidentinin Ukraynaya səfəri təxirə salındı - SƏBƏB

Gürcüstan prezidenti Salome Zurabişvilinin cari ilin noyabrında Ukraynaya səfəri qarşı tərəfin xahişi ilə əlaqədar 2020-ci ilə təxirə salınıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə Gürcüstan prezidenti administrasiyasının bəyanatında deyilir.

“Cari ilin noyabrında Gürcüstan prezidenti Salome Zurabişvilinin Kiyevə səfəri planlaşdırılırdı, ancaq Ukraynada inkişaf edən proseslərə görə, Ukrayna tərəfinin xahişi ilə səfər 2020-ci ilə təxirə salınıb”, – bəyanatda deyilir.

Administrasiyada həmçinin bildirilib ki, daha əvvəl Gürcüstan mətbuatında Ukrayna prezidenti Vladimir Zelenskinin bu ölkəyə səfəri barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. (report)

Bir cavab yazın