Gürcüstanda xüsusi təyinatlılar aksiyanı dağıdır – Xəsarət alanlar varbackend

Gürcüstanda xüsusi təyinatlılar aksiyanı dağıdır - Xəsarət alanlar var

Tbilisidə xüsusi təyinatlılar parlamentin qarşısında aksiyaçıların qurduqları çadırları ərazidən götürüblər.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, aksiyanın dağıdılması zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Artıq parlament binasının arxa hissəsi etirazçılardan təmizlənib.

Polis parlament ətrafında qalan aksiyaçılara ərazini tərk etməklə bağlı yenidən xəbərdarlıq edib.

Hazırda xüsusi təyinatlılardan ibarət dəstə qanunverici orqanın qarşısındakı Rustaveli prospektində yerləşdirilib. Əraziyə su şırnağı maşını da cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*